Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

4 fevral Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan dili və pedaqogika kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Akif Hacıyevin 75 yaşı tamam olur.

Akif müəllimi kafedramızın kollektivi, həmkarları, dostları adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tələbələrimizin təlim-tərbiyəsi kimi nəcib işində uğurlar arzulayırıq!

Doğum günləri həm hesabatdır, həm də yaşanmış ömrə bir boylanışdır. Akif Hacıyevin ömür yoluna da boylananda görürsən ki, o, bu 75 ildə mənalı bir alim həyatı, müəllim həyatı, ziyalı həyatı yaşayıb.

Akif Hacıyev ana dilimizin, ədəbiyyatımızın gözəl müəllimi, saçını- saqqalını həm də mətbuatımızda ağartmış peşəkar bir jurnalist, parlaq zəka, böyük qəlb sahibidir.

Elmi ictimaiyyətimiz onu Azərbaycan dilçiliyinə aid 37 elmi-nəzəri məqalənin, 2 dərsliyin, 1 dərs vəsaitinin, 4 fənn proqramının müəllifi kimi də tanıyır.

2010-cu ildə o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunub.

Hörmətli Akif müəllim, ömrünüzün bu ixtiyar çağlarında da qoy Allahın nəzər-diqqəti üstünüzdə olsun!