14-16 fevral günlərində Bakıda kişi və qadın cüdoçular arasında keçiriləcək reytinq xarakterli "Böyük Dəbilqə" turnirinin proqramı açıqlanıb. Turnirə fevralın 14-də saat 12:00-da çəkisi 48 və 57 kq qadınlar və 60, 66 kq çəkidə olan kişilərin çıxışı ilə start veriləcək. Həmin gün Azərbaycanın qadın cüdoçularından Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova ( hamısı 48 kq), Fidan Əlizadə və Fidan Qasımova (hər ikisi 57 kq), kişilərdən isə Əhməd Yusifov, Murad Muradlı, Balabəy Ağayev (hamısı 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşid Yelkiyev, Elşən Əsədov (hamısı 66 kq) tatamiyə çıxaraq medallar uğrunda yarışacaq.
Fevralın 15-də qadınlardan Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva, Günel Həsənli ( hər ikisi 70 kq), kisilərdənsə Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov ( hamısı 73 kq), Zelim Tckayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyevin, Süleyman Şükürov mübarizəyə qatılacaq. Elə həmin gün saat 16:15 dəqiqədə turnirin açılış mərasimi olacaq.
Fevralın 16-da isə qadınlar arasında Nigar Süleymanova (+78 kq) çıxış edəcək. Kişilərə gəlincə, Tuncay Şamil, Əli Qaiməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı ( hər ikisi 100 kq) Uşaqi Kokuari, Camal Feyziyev, Kənan Nəsibov və Ramazan Əhmədov (130 kq) tatami üzərinə çıxaraq medallar uğrunda yarışacaq.
Qaydalara görə, hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı qazanmış olacaq.
İNTİQAM Məmmədov