Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ili tamam olur. Bu münasibətilə Ağcabədi rayonundatədbir keçirilib. 
"AZpress.AZ" İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi rayon rəhbəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin kollektivi, YAP Ağcabədi rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də hərbi hissə komandirləri iştirak ediblər. 
İştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzüblər. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, mayor Vasif Rzayev tədbirdə yaxından iştirak etdiynə görə icra başçısına öz təşəkkürünü bildirib. 
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov peşə bayramı münasibətiləSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin kollektivini təbrik edib, onlara canlığı, xidməti işlərində uğurlar arzulayıb. 
Sonda xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir qrup əməkdaş Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunublar. 

Mais İbrahimov