Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gövhər Beydullayeva isə Günay Məmmədzadəni üstələyib 

Dünən kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında final oyunlarına start verilib. Kişilərin yarışının finalında qarşılaşan Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun ilk görüşündə heç-heçə qeydə alınıb - 0,5:0,5.

Qadınların analoji yarısında isə Gövhər Beydullayeva Günay Məmmədzadə üzərində qələbə qazanıb.

Bu gün tərəflər arasında cavab oyunları keçiriləcək. 

Dünən eyni zamanda üçüncü yer uğrunda güləşlərə də start verilib. Qadınların yarışında hazırkı Avropa çempionu Ülviyyə Fətəliyeva ilk oyunda Gülnar Məmmədovani məğlub edib - 1:0.

Kişilərin yarışında isə tərəflərdən biri sağlamlığında prob yarandığı üçün oyuna qatılmayıb. Söhbət Teymur Rəcəbovdan gedir. Onun rəqibi isə Misrətdin İsgəndərov olub. 

Qeyd: Mükafat fondu 60 min manat olan kişilərin yarışında qalib adını qazanan şahmatçıya 20 min, qadınların 30 minlik mükafat fondu olan yarışının qalibinə isə 10 min manat mükafat veriləcək.

İNTİQAM Məmmədov