İlk gündə 12 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Bakıdaki Milli Gimnastika Arenasında kişi və qadınlar arasında cüdo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start veriləcək. Üç gün davam edəcək turnirə ev sahibliyi edən Azərbaycan komandası yarışa 33 tatami ustası ilə qatılıb ki, onlardan da 12-si start günü tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparacaq. Kişilər 60 və 66, qadınlar isə 48 və 57 kq çəki dərəcəsində tatamiyə çıxacaqlar.
Bu gün mübarizəyə qatılacaq Azərbaycan cüdoçularınin ilk rəqibləri müəyyənləşib.
60 kq: Balabəy Ağayev - Mendsayxan Nyamsuren (Monqolustan);
Əhməd Yusifov - Ənvərjon İbrahimov (Özbəkistan);
Murad Muradlı - Terqelsar Munkxyarqal (Monqolustan);
66 kq: Rəşad Elkiyev - Cüzeppe De Tumio (İtaliya;
Elşən Əsədov - Zamoxşarı Bekmurdov (Özbəkistan). Bu çəkidə güləşən Yaşar Nəcəfov və Ruslan Paşayev isə ilk görüşdən azad edilib.
48 kq: Leyla Əliyeva - Culiya Qilane (İtaliya);
Könül Əliyeva - Andrea Stoyadinov (Serbiya);
Şəfəq Həmidova - Jalkin Şirinqer ( Avstraliya);
57 kq: Fidan Əlizadə - Yevgeniya Qsic (Sloveniya);
Fidan Qasımova - Veronika Toniolo ( İtaliya).
Qeyd: Hər çəkidə ilk 3 yeri tutan cüdoçu müvafiq olaraq aktivinə 1000, 700 və 500 reytinq xalı yazdırmış olacaq.
İNTİQAM Məmmədov