Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 11-ci olan növbəti turun oyunlarına start veriləcək. Turda keçirilməsi nəzərdə tutulan üç oyundan ikisi bu gün Bakıdakı Voleybol Mərkəzində, biri isə sabah Gəncədə baş tutacaq.
Bu gün saat 16:00-da "Milli Aviasiya Akademiyası" "Azərreyl'lə, saat 18:00-da isə "Murov Az Terminal" klubu UNEC-lə qarşılaşacaq. Sabah Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq (15:00) "Gəncə"-"Abşeron" oyunu ilə turnirə yekun vurulacaq.
Komandaların turnir cədvəli:
Abşeron - 26 xal, MAA - 24, Gəncə - 17, Azərreyl - 12, Murov Az Terminal - 11, UNEC - 0 xal.
İNTİQAM Məmmədov