Bakıda Beynəlxalq Cüdo Federasiyasının (IJF) Hakimlər Direktoru Daniel Laskaunun rəhbərliyi ilə Böyük Dəbilqə turnirinə hazırlıqla bağlı hakimlər üçün seminar keçirilib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, üç gün davam edəcək turnirdə hakimlər briqadasının tərkibində ACF-dən A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də çıxış edəcək.