Bu gün Bakıda kişi və qadın cüdoçular arasında reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start verilib. Milli Gimnastika Arenasında keçirilən və Azərbaycanın 32 cüdoçu ilə qatıldığı bu turnirin ilk günü qadınlar 48, 52 və 57, kişilər isə 60 və 66 kq çəki dərəcəsində tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıblar. Ev sahibi Azərbaycan ilk gündə yarışa 12 cüdoçu ilə qatılıb ki, onlardan da cəmi ikisi - Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) mükafatçılar sırasında yer tuta bilib. Hər iki təmsilçimiz çıxışını üçüncü yerdə başa vurmaqla bürünc medal qazanıb. Qeyd edək ki, Əhməd bürünc medal uğrunda Ukrayna təmsilçisi Dilişot Xalmatovdan, Elşən isə Özbəkistan cüdoçusu Azizbek Ortikovdan üstün olub.
Sabah isə çəkisi 63 və 70 kq olan qadınlar, eləcə də çəkisi 73 və 81 kq olan kişilər tatamiyə çıxacaqlar.
Azərbaycani qadınlardan Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq), kişilərdən isə Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov ( hamısı 73 kq), Zelim Tckayev, Ömər Rəcəbli , Məhərrəm İmamverdiyev və Süleyman Şükürov (hamısı 81 kq) təmsil edəcək.
Günün ilk görüşləri saat 12;00-da başlayacaq. Saat 16:15-də isə turnirin təntənəli açılış mərasimi olacaq. Medallar uğrunda görüşlər saat 17:00-da başlanacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)