Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 11-ci turun oyunları keçiriləcək. Qeyd edək ki, tur liderlərin audsayderleri qəbul etməsi ilə diqqət çəkir. Belə ki, çempionata vahid liderlik edən "Murov Az Terminal" (24 xal) Bakı Voleybol Mərkəzində autsayderlərdən biri olan MOİK-i sinaqa çəkəcək. Yarış cədvəlində ikinci yeri tutan "Xilasedici" (23 xal) isə Sumqayıtdakı OİK-də yerli "Gənclər" (sonuncu yer, 1 xal) klubunun qonağı olacaq. Matçın favoriti "Xilasedici"dir.

Turun daha bir oyunu isə yarış cədvəlində üçüncü yeri tutan "Azərreyl" (22 xal) ilə onun ən yaxın qonşusu olan "Neftçi" (14 xal) arasında olacaq. 

Sabah isə qadınlar arasında 12-ci tura start veriləcək. Yarış cədvəlinə şəriksiz liderlik edən "Abşeron" (29 xal) cədvəldə sonuncu pillədə yer alan UNEC-le  (0 xal) Bakı Voleybol Mərkəzində (saat 16:00) qarşılaşacaq. Turun və günün ikinci matçında isə "Murov Az Terminal" həmin mekanda "Azərreyl"lə münasibətləri ayırd etməyə çalışacaq (18:00). 

Tura fevralın 22-də Gəncə OİK-də baş tutacaq "Gəncə"-"Milli Aviasiya Akademiyası" (saat 14:30) oyunu ilə yekun vurulacaq.

Kişilərin turnir cədvəli:

Murov Az Terminal - 24 xal, Xilasedici - 23 xal, Azərreyl - 22 xal, Neftçi - 14 xal, MOİK - 5 xal, Gənclər - 1 xal.

Qadınların turnir cədvəli: 

Abşeron - 29 xal, Milli Aviasiya Akademiyası - 24, Azərreyl - 15, Murov Az Terminal - 14, UNEC - 0 xal.

İNTİQAM Məmmədov