Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

15-16 fevral günlərində Latviyada 18 yaşadək oğlanlar arasında çimərlik voleybolu üzrə bu ölkənin Açıq Çempionatı keçirilib. İki gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla, 16 komanda medallar uğrunda mübarizə aparıb. AVF-dan verilən məlumata görə, heyəti Məhəmməd Aslanlı və İbrahim Məmmədov cütlüyündən ibarət olan komandamız qələbələrini sıralayaraq yarımfinala yüksəlib. Bu mərhələdə isə millimiz Estoniya komandasını 2:0 (21:12, 22:10) məğlub edərək, finala çıxıb. Təəssüflər olsun ki, U-18-miz həlledici oyunda ev sahibinə uduzaraq, ikinci yeri tutub və gümüş medal qazanıb.

Yeri gəlmişkən, komandamız hazırda litvalı mütəxəssis Atvaris Vildenin rəhbərliyi altinda Latviyada TMT davam etdirir. Bu toplantı fevralın 23-dək davam edəcək.

İNTİQAM Məmmədov