Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları dörd oyunla başlayır.

Bakı vaxtı ilə saat 21:45-də İtaliyanın "Milan"ı Hollandiyanın "Feyenoord"unu qəbul edəcək.

Bakı vaxtı ilə gecə yarısı başlayacaq matçlarda İtaliya "Atalanta"sı Belçika "Brügge", Almaniya "Bavariya"sı Şotlandiyanın "Seltik", Portuqaliyanın "Benfika"sı isə "Monako" ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın son iştirakçıları fevralın 19 və 20-də müəyyənləşəcək.

Yada salaq ki, ümumi mərhələdən sonra "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko Madrid" (hər ikisi İspaniya), "Bayer 04" (Almaniya) və "Lill" (Fransa) birbaşa olaraq 1/8 finala yüksəlib.

UEFA Çempionlar Liqası

Pley-off

18 fevral

21:45 Milan - Feyenoord

19 fevral

00:00 Atalanta - Club Brugge

00:00 Bayern - Seltik

00:00 Benfika - Monako.