Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nobel Sülh Mükafatı laureatı, BMT baş katibinin iqlim dəyişikliyi üzrə keçmiş müşaviri Rae Kvon Çunq bildirib ki, bəşəriyyət buzların və əbədi donların əriməsi nəticəsində yayıla biləcək viruslara hazır deyil.

Nümunə olaraq, o, əbədi donda yaşaya bilən qarayaranı göstərib..

O əlavə edib ki, oxşar naməlum viruslar Qrenlandiyada, Kanadanın şimalında və Rusiyada daimi donmuş ərazilərdə yaşaya və buzlar əridikcə yayıla bilər və bəşəriyyət onlarla mübarizə aparmağa hazır deyil.

Bundan əvvəl Manoadakı Havay Universitetinin amerikalı alimləri orqanizmlərin inkişafı üçün əsas zülal kodlayan nəhəng virus aşkar etmişdilər.

Qeyri-adi virus okeanda yaşayan yeni virusları müəyyən etmək üçün daha böyük səylərin bir hissəsi kimi aşkar edilib. O, Havay adasının Oahu adasından təxminən 100 kilometr aralıda su nümunələrində aşkar edilib. FloV-SA2-nin Florenciella adlı fitoplankton növünü yoluxdurduğu ortaya çıxıb.