Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünən kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 11-ci turun oyunları keçirilib. Turun nəzərdə tutulan hər üç oyunu eyni gündə baş tutub. Maraqlı məqam odur ki hesabat turunda liderlər autsayderlərlə qarşılaşıb və oyunu qələbə ilə başa vuraraq öz mövqelərini qoruyublar. Yarış cədvəlinə şəriksiz liderlik edən "Murov Az Terminal" MOİK-i quru hesabla məğlub edib - 3:0. Liderin ən yaxın təqibçisi olan "Xilasedici" isə  səfərdə Sumqayıtın "Gənclər" klubunu eyni hesabla üstələyib - 0:3.

Daha bir oyunda isə ortabablardan sayılan "Azərreyl" klubu "Neftçi" üzərində qələbəsini qeyd edib - 3:0.

Hazırda komandaların turnir vəziyyəti belədir:

Murov Az Terminal - 27 xal, Xilasedici - 26, Azərreyl - 25, Neftçi - 15, MOİK - 5, Gənclər - 1.

İNTİQAM Məmmədov