Bakıda kişi və qadın cüdoçular arasında keçirilən reytinq xarakterli Böyük Dəbilqə turnirinin ardından tatami ustalarının beynəlxalq təlim-məşq toplanışı (TMT) başlayıb. Fevralın 21-dək davam edəcək bu toplanışa 38 iştirakçı ölkələrdən Avstriya, Almaniya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yunanıstan, Macarıstan, Sloveniya, Ukrayna, Yaponiya, Tacikistan, İsveçrə və Azərbaycandan olan 100-dən artıq cüdoçu qatılıb.
Bu TMT cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirilmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.
Xatırladaq ki, 14-16 fevral günlərində Bakıda keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan 5 (1-1-3) medalla komanda hesabında Yaponiya (10-4-3) və Almaniyadan (1-2-1) sonra üçüncü yeri tutub.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)