Yanvarın 17-dən 22-dək Somborda (Serbiya) məktəbli, yeniyetmə və gənc qızlar, eləcə də qadınlar arasında boks üzrə Millətlər Kuboku keçiriləcək. 6 gün davam edəcək bu turnirdə Azərbaycanın qızlardan və qadınlardan ibarət yığmaları da iştirak edəcəklər. Azərbaycan yığmasının baş məşqçisi Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında həmin turnirə qatılacaq azərbaycan komandasının heyətinə aşağıdakı boksçular cəlb edilib. Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, qızlaın yarışında ölkəmizi Səma Hüseynova (54 kq, məktəblilər arasında), Banuçiçək Nəsirli (46 kq, yeniyetmələr arasında), Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq, hamısı gənclər arasında) qüvvələrini sınayacaqlar.
Böyüklərin turnirində isə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) rinq döyüşünə çıxacaq. Turnirdə 14 ölkə iştirak edəcək.
Bu gün Serbiyaya yola düşən milli komandamız yanvarın 23-də Bakıya qayıdacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.