Bakı Fotoqrafiya Evində Fərid Qədirlinin “Yenidən doğulma. Rebirth” fərdi sərgisi keçirilib. Sərgi Abşeron mənzərələrinin təsviri, və xususi ilə Buzovnanın keçən ilin yayında rezonans doğuran qayalıqlarına həsr olunub.
Milyon illik tarixə malik əzəmətli Buzovna qayalığı Mikayıl Müşfiq, Səttar Bəhlulzadə, Tahir Salahov, Mircavad kimi görkəmli sənətkarlarımızın İlham mənbəyi olmuşdur. Onların özünəməxsus siluetləri milli kino sənətimiz üçün də çəkiliş meydançasına çevrilmişdir. Buzovna qayaları “Koroğlu”, “Yeddi oğul istərəm”, “Qorxma, mən səninləyəm” və s. filmlərdə əks olunmuşdur. Məhz bu qayaların fonunda dahi Müslüm Maqomаyevin möhtəşəm mahnıları səslənib.
Ölkəmiz üçün ağrılı olan 90-cı illərin əvvəllərində yer alan böhran Buzovna qayalığından da yan keçməmışdır. Füsünkar sahil qanunsuz olaraq ayrı-ayrı fərdlər tərəfindən zəbt edilmişdir, burada imarətlər tikilmişdir, qayalar uçaldılan hasarlar məngənəsində sıxılmağa başlamışdır. 2 km dən uzun sahil zolağını əhatə edən unikal qayalıq get-gedə kiçildi. 2022-ci ilin aprel ayında Buzovna qayalığından yalnız 50 m azad hissə qalmışdı. Buzovna ictimayyətinin, və xüsusilə, gənclərinin həmin ilin yayında başladıqları “Qayalara azadlıq!” təşəbbüsü qısa zamanda ölkədə əks-səda yaratdı. Ekoaktivistlərin səsinə möhtərəm Prezident cənab İlham Əliyevin şəxsən münasibət bildirməsi və 22 iyun 2022-ci il tarixində dövlət başçısının xüsusi göstərişi ilə sahilin qanunsuz tikililərdən azad edilməsi Buzovna qayallğının dirçəliş tarixinin başlanqıcı oldu. Sakinlər tərəfindən qayalıq ərazidə hələ də davam edən iməcliklər, abadlıq işləri başladı.
Ekoaktivist və peşəkar fotoqraf Fərid Qədirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinooperator ixtisası üzrə məzunudur. 15 ilə yaxındır ki, fotoqrafiya ilə məşquldur, fərgli jurnallarda fəaliyyət göstərir. Azərbaycan Fotoqraflar Birliyinin üzvü olaraq, qurumun təşkil etdiyi sərgi və müsabiqələrdə iştrak edir. 2015-cü ildə “Azərbaycan ailəsi” film festivalında “ Sosial şəbəkələrdə ən çox bəyənilən fotoşəkil” nominasiyasında qalib olmuşdur.
Fərid Qədirlinin Buzovna qayalıqlarından fotoreportajı prosesin social mahiyyəti ilə yanaşı, Abşeron mənzərələrinə yeni baxışdır. 40 yaxın dinamik rakurslu fotoların əsas qəhrəmanları qayalar və onlara çırpınan dalğalardır. Qədirlinin seçdiyi kadrlarların hər biri müstəqil fotozona olaraq, Xəzərin sahilinin effektini tamaşaçıya ötürür.
Tədbirin açılışında sənətşünas Sevil Kərimova, Xalq rəssamları Arif Əziz, Aydın Rəcəbov, Əməkadar incəsənət xadimi, professor Rafiq Qəmbərov, Əməkdar rəssam Vüqar Əli çıxışlarında sərginin əhəmiyyətini vürğulayıblar.
Rüstəm İsmayılov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.