Ağcabədili şair Vəli Qurbanoğlunun kitabı belə adlanır. Uzun illər gözdən-nəzərdən kənarda qalan qələm sahibinin ilk şeir toplusu nəhayət ki, çap olunub. 70 yaşlı şairin çoxdankı arzusu reallşıb. Necə deyərlər, söz ustası ilk kitabının sevincini yaşayıb.
Sözügedən dərgi Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin dəstəyi ilə “Vektor” Beynəlxalq Nəşrlər Evi tərəfindən yenicə işıq üzü görüb. Kitabın redaktoru Gündüz Sevindik, “Ön söz”ün müəllifi isə Məhsəti Musadır.
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin təşkilatçılığı ilə Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Burdan o yanadır yolun çətini” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə AYB Qarabağ bölməsinin sədr müavini, Yəhya Paşazadə, yerli şairlər, yazıçılar, mədəniyyət işçiləri, ziyalılar, qazi və şəhid ailəsi üzvləri, media mənsubları iştirak ediblər.
Öncə, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZpress.AZ- ın bölgə mxbiri xəbər verir ki, tədbirin aparıcısı, AYB üzvü, şair Xəzangül Qədimli Vəli Qurbanoğlunun ilk kitabı haqqında iştirakçılara məlumat verib. O, şairi bu münasibətlə təbrik edərək, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonra son söz sənət adamlarına verilib. Laçından olan aşıq Umbay, şair Eynulla Axundov, AYB üzvləri Zahid Avşar Eloğlu, Məhsəti Musa, Gündüz Sevindik, İslam Kəbirli, “Aran” qəzetinin əməkdaşı Adil Misirli, ADPU Ağcabədi filialının dosenti Vaqif Allahverdiyev, yazar Eldar Qarqarçay, Səadət Kamal, Mübariz Məmişoğlu, Tofiq Zeynal, Zəhra İbrahimova, qazi Zəfər Təhməzov, şəhid bacısı Nüşabə İbrahimova və başqaları çıxış edərək, Vəli Qurbanoğlunu təbrik edib, onun yaradıcılığı haqqında səmimi ürək sözlərini bölüşüb, arzularını dilə gətiriblər.
Şairin nəvəsi balaca Natəvanın “Burdan o yanadır yolun çətini” kitabından səsləndirdiyi şeir tədbirə qatılanlar tərəfindən alqışlarla qarşılanıb. Sonda söz alan Vəli Qurbanoğlu onun ilk kitabının nəşr olunmasında xidməti olan Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin rəhbərliyinə, ona xoş sözlər ünvanlayan qələm dostlarına təşəkkürünü və minnətdarlığını bildirib, yeni yazdığı şeirini oxuyub.
Mərasim aşıq Umbay Axundovun ifasında gözəl bir saz havası ilə başa çatıb.
Fotomxbir: Mais Amin AZpress.Media Ağcabədi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.