Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2019-cu ildən etibarən British Council’ın təşkilatçılığı ilə həyata keçirilən Creative Spark layihəsi uğurla tamamlanmışdır.
Layihənin tərəfdaş tədris ocaqlarından olan Bakı Musiqi Akademiyasında layihə çərçivəsində böyük işlər görülmüşdür: yerli və xarici peşəkarların iştirakı ilə müxtəlif təlimlər, seminarlar, görüşlər, tələbələr arasında maraqlı yarışlar keçirilmiş və səfərlər təşkil olunmuşdur.
Qeyd edək ki, Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı "Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.
Belə ki, Azərbaycanın bütün tərəfdaş universitetlərində olduğu kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 13 yanvar 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Creative Spark layihəsi üzrə yekun-bağlanış tədbiri keçirildi.
Azərbaycanın tərəfdaş ali təhsil ocaqlarının əməkdaşlarının, BMA-nın tələbələrinin iştirak etdiyi tədbir Beynəlxalq müsabiqələr laureatlarından ibarət kvartetin əsrarəngiz ifası ilə başladı.
Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova BMA-nın rəhbərliyinin salamlarını qonaqlara çatdıraraq, tədbiri açıq elan etdi. O, çıxışında Bakı Musiqi Akademiyasında beynəlxalq əlaqələr, əməkdaşlıqlar, keçirilən və davam etməkdə olan beynəlxalq layihələr haqqında ümumi məlumat verdi. Həmçinin, Creative Spark layihəsinin 4 illik mahiyyətindən, onun BMA-dakı əhəmiyyətindən, eləcə də Azərbaycandakı təhsil sisteminə verdiyi töfhədən bəhs etdi.
Ardınca Creative Spark layihənin Bakı Musiqi Akademiyası üzrə koordinatoru Nurlan Əhmədov tərəfindən bu müddət ərzində layihə çərçivəsində keçirilən tədbirlərin video-çarx şəklində hesabatı verildi və son olaraq layihənin Azərbaycan üzrə bütün universitetlərinin nümayəndələrinin iştirakı ilə İngiltərədə keçirilən hesabat səfərinin təəssüratlarından bəhs olundu.
BMA-nın təqdimatından sonra, qonaq qismində dəvət olunmuş İqtisadiyyat Universitetinin əməkdaşı Gültac Tahirli də təqdimatla çıxış etdi.
Sonda layihənin əhəmiyyəti və davamlılığı haqqında önəmli məsələlər müzakirə olundu.
Nəriman İsmayılov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.