Yer üzündə həyat necə əmələ gəlib? Canlı aləm necə yaranıb? Əsrlərdir davam edən və müzakirələri hələ də bitməyən təkamül kifayət qədər maraqlı və mürəkkəb prosesdir. Bəs təkamül prosesi necə və hansı yollarla tədqiq edilir? Bunu BDU-nun ən unikal muzeylərindən biri – Mirəli Axundov adına “Təkamül təlimi” muzeyində daha canlı və ətraflı müşahidə eləmək olur. Muzey Cənubi Qafqazda bu sahədə ilk və yeganə muzeydir.
Əsası 1937-ci ildə əsası biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirəli Axundov tərəfindən qoyulan muzeyin əsas məqsədi üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji, müqayisəli anatomiya dəlilləri və digər materiallar saxlanılır.
Bioloji aləmə səyahət...
Muzey vəhşi heyvanların yaşadığı nağıl aləmini xatırladır. Bura daxil olanda insan özünü Böyük Qafqaz silsiləsində, Qərbi Afrika meşələrində, Amazon sahillərində hiss edir. Buna səbəb muzeyin təbiət ruhu verilmiş ekspozisiya və dizaynıdır. Nümunələrə baxdıqca bu məkana olan maraq daha da artır və insana kəşf etmək, araşdırmaq hissi gəlir. Vəhşi cəngəllikdəki qida zəncirini canlandıran nümunələr həmin situasiyada insanın nə edə biləcəyini, özünü necə müdafiə etməli olduğunu və qədim dövr insanının bu aləmdən necə sağ çıxdığını düşünməyə vadar edir.
Mirəli Axundov və alman tədqiqatçısının gərgin əməyinin məhsulu
“Təkamül təlimi” muzeyində bir çox nümunələr ötən əsrin 40-50-ci illərində Mirəli Axundov ilə birgə çalışmış alman tədqiqatçı Vilhelm Reyş tərəfindən hazırlanıb. Muzeyin müdiri, biologiya elmləri namizədi Yeganə Əliyevanın sözlərinə görə, hazırda muzeydə 350-dən artıq eksponat saxlanılır. Yeganə Əliyeva qeyd edir ki, Paleozoy, Mezozoy, Kaynozoy eralarına dair toplanmış eksponatlar onların tarixi inkişafına uyğun olaraq ardıcıllıqla yerləşdirilib. Buradakı əksər nümunələr gerçəkliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Muzeydə Azərbaycan faunasına aid nümunələrlə yanaşı, dünya faunasına daxil olan nadir və nəsli kəsilmiş heyvan nümunələri də maraq cəlb edir. Bunlardan Cənubi və Mərkəzi Afrikanın meşələrində yaşayan qədim qarışqayeyən, kenquru, pələng və şimpanzeni qeyd etmək olar.
Bir milyon yaşı olan kərgədan, dörd ayaqlı toyuq, ikibaşlı quzu...
“Təkamül təlimi” muzeyində müxtəlif heyvan cinslərinin, qeyri-adi heyvanların maketləri də var. Onlar öz təbii dəriləri ilə nümayiş etdirilir və bu, ziyarətçilərdə xüsusi maraq oyadır. Məsələn, eksponatların içində 1949-1950-ci illərdə Binəqədi rayonu ərazisində tapılmış və bir milyondan artıq yaşı olan kərgədanın kəllə sümüyü var. Öz təbii dəriləri ilə ikibaşlı quzu, dördayaqlı xoruz müqəvvaları da maraq doğurur. Cinsiyyətli seçmənin nəticəsi olan cinsiyyət demorfizmi hadisəsi – tovuz quşu, turac, ördək və s. quşların müqəvvaları üzərində müqayisəli şəkildə şərh edilir və bunu muzeydə canlı görmək də mümkündür. Burada 70-dək quş növünün müqəvvaları saxlanılır.
Bütün canlı aləmin təkamülünü özündə ehtiva edən xəritə...
Burada uzun sürən geoloji tarix ərzində həyatın qeyri-üzvi aləmdən necə əmələ gəldiyini, onun sadədən mürəkkəb quruluşa doğru, birhüceyrəli orqanizmlərdən insana qədər dönməz inkişaf yolu keçdiyini elmi faktlar və dəlillər əsasında əks etdirən sxem daha sonra öz əksini eksponatlarda göstərir. Muzeydə mövcud olan üzvi aləmin əcdad ağacı sxemi filogenezin iki istiqamətdə - bir tərəfdən birhüceyrəlilərdən ali çiçəkli bitkilərə, digər tərəfdən isə məməlilərə qədər necə baş verdiyini hərtərəfli dərk etməyə imkan verir. Bu da təkamülün sadə və dəqiq şəkildə ziyarətçilərə təqdimində böyük üstünlüklər verir. Muzeydə şüşə qablarda insan, camış embrionlarının müxtəlif inkişaf mərhələlərini əks etdirən eksponatlar da saxlanılır.
İbtidai insanların, heyvanların həyat tərzini, yaşam uğrunda mübarizəsini əks etdirən şəkillər o dövrü təfsilatı ilə təsvir edən, elmi əsaslı ekspozisiyalardandır. Muzeyin inkişaf planında bunların artırılması və daha da təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Muzeydəki kolleksiyalar Biologiya fakültəsinin tədris prosesində geniş istifadə olunur və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir.
Nurlan Cəbrayılzadə
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.