Dövlət Gömrük Komitəsinin Akademiyasında payız semestrinin imtahan sessiyasının gedişatının izlənilməsi məqsədilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və təhsil ekspertləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov, millət vəkili Etibar Əliyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədri Rüfət Əsədzadə, təhsil eksperti Nadir İsrafilov, Təhsil İdarəçiləri Assossiasiyasının həmtəsisçisi, T-Network-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, təhsil eksperti, “Məktəb güşəsi” saytının və jurnalının baş redaktoru Məzahir Məmmədli, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Niyazi Şərifsoy və Akademiyanın əməkdaşları iştirak ediblər.
Görüşdən öncə iştirakçılar ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, Akademiyada yaradılan şərait və infrastrukturla tanış olublar.
Görüşdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov qonaqları öz adından və Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun adından salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Akademiyanın fəaliyyəti, tədris prosesi, inkişaf istiqamətləri haqqında bəhs edən Q. Novruzov Akademiya üçün beynəlxalq əməkdaşlığın prioritet sahə olduğunu bildirib. O, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını, bu sahəyə xüsusi diqqət və qayğı nəticəsində təhsilin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmindən söz açan Q. Novruzov Akademiyanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən danışaraq Zəfər qazanan dövlətimizin davamlı inkişafı naminə şəhidlərimizin ruhu qarşısında mənəvi borclarını dərk edən gəncliyin yetişdirilməsinin xüsusi önəmini qeyd edib.
Tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri haqqında təqdimat nümayiş olunub və Akademiyada tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmi haqqında videoçarx təqdim edilib.
Daha sonra Akademiyada imtahanların keçirilməsi mexanizmi qonaqlara əyani şəkildə izah edilib.
Görüşdə millət vəkili Etibar Əliyev Akademiyanın fəaliyyətini yüksək qiymətləndirərək, tələbələrin yüksəkixtisaslı, savadlı kadrlar kimi formalaşmasına və onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda yetişdirilməsinə təsir edən amillər barəsində bəhs edib.
Şuranın sədri Günel Səfərova Akademiyada fərqli və keyfiyyətli tədris mühitinin yaradıldığını vurğulayaraq təhsil sferasında mövcud olan problemlər, onların həlli yolları və dövlətin təhsilə qayğısından danışıb.
Cəmiyyətinin sədri İlqar Orucov Akademiyanın gənc ali təhsil müəssisəsi olmağına baxmayaraq bir çox uğurlara imza atdığını və idarəetmə, təhsilin məzmunu, struktur baxımından yeni çağırışlara cavab verən ali təhsil müəssisəsi modeli yaratdığını qeyd edib.
Tədbirdə çıxış edən digər qonaqlar DGKA-nın keyfiyyətli tədris mühitinin yaradılması istiqamətində mühüm yeniliklər tətbiq etdiyini bildirərək, Akademiyanın gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdən sonra qonaqlar tələbələrlə görüşərək onları maraqlandıran sualları ətraflı cavablandırıblar
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.