Masallıda Zəfər Günü qeyd olunub
Masallı rayonunda 8 Noyabr – Zəfər Günü və Şuşa şəhərinin azad olmasının üçüncü ildönümü təntənəli şəkildə qeyd olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin abidəsi, Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə kompleksi ziyarət edilib.
Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin geniş zalında əlamətdar gün münasibətilə keçirilən konfransda Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi qələbə sevincindən bəhs edən çıxışlar dinlənilib.
Tədbir Ulu Öndərin adını daşıyan parkda konsert proqramı ilə davam edib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.