BDU-nun SABAH qruplarının tələbələri üçün "Hüquqşünas masası" keçirilib
Ədliyyə Akademiyası və SABAH Mərkəzinin əməkdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün “Azərbaycan Respulikasında cəza-icra siyasəti: mövcud vəziyyət və inkişaf prespektivləri” mövzusunda növbəti “Hüquqşünas masası” keçirilib.
Tədbirdə BDU-nun SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan 150 tələbəsi iştirak edib.
BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Elçin Xələfovun moderatorluğu ilə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi SABAH Icra Komitəsinin rəhbəri Eldar Qocayev, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidmətində uzun müddət məsul vəzifələrdə çalışmış Musa Hümbətov, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Cabir Quliyev öz məruzələri ilə çıxış ediblər.
Məruzələrdə Azərbaycan Respublikasında mövcud cəza-icra siyasəti, müstəqillikdən sonrakı dövrdə cəza-icra sisteminin təşkili, inkişafı, bu sahədə aparılmış islahatlar, əldə olunmuş uğurlar, gələcək perspektivlər barədə geniş məlumat verilib.
Tədbir tələbələrin aktiv iştirakı ilə müzakirə şəklində davam edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.