Tahir Süleymanov:
Böyük futbol naşılığı, zarafatı qəbul etməz!
Müasir futbolda mütləq 4-5 faktordan biri psixoloji amildır. Fiziki, taktiki, nəzəri, hətta futbolçuların fərdi ustalıq keyfiyyətlərinin yüksək olduğu komandalar, oyun(lar)a psixoloji hazır olmadıqda, axsamalar qaçılmaz olur, özünəinam itir, məğlubiyyətlər sıralanır.
Müsbət psixoloji durumun vacibliyi tək komandaya, futbolçulara aid deyil, öncə klubda yaradılmalıdır. Münasib büdcə, şəraitin olması ilə yanaşı, rəhbər/idarəçi/məşqçi/futbolçu münasibətləri peşəkar futbol tələblərinə cavab verməli, strateji planlaşdırma, qarşılıqlı anlaşma vahid ideya ətrafında birləşməli, bir nöqtəyə vurulmalıdır!
Yuxarıda qeyd olunanlar və digər mövcud olan tələblər həyata keçirilməsə, uğurlu nəticələrin qazanılması mümkünsüzdür! Klub strukturunda fəaliyyət göstərən istənilən şöbə/departament pərakəndə, "özfəaliyyət" halında yox, tək orqanizm kimi yaşıl meydan üçün çalışmalıdır. Bu da klub rəsmilərinin üzərinə düşən vəzifədir. Ancaq belə psixoloji yanaşma, bütün məsələlərin incələnməsi ilə sonda futbolçulardan gözlənilən nəticələri tələb etmək olar. Kreativlik dozanı aşmamalı, istənilən rəqibə hörmətlə yanaşılmalı, atılan addım komandaya psixoloji dəstək verməklə birgə gücünə güc qatmalıdır.
Vaxtilə mütləq çempionluğa oynayan Bakı "İnter"inin rəhbərliyi ehtiyatsızlıq edərək "Neftçi"yə qarşı "abunəçi" ifadəsini işlətmişdi.
Derbi oyunlarında futbolçuları oyuna mativasiya etməyə ehtiyac qalmırdı, qarşılaşmalarda rəqib büdrədilirdi. Vəziyyət o həddə çatmışdı ki, "İnter"in əcnəbi baş maşqçisi Sxadadze, öz rəhbərliyinə qarşı etiraz edirdi: "Neftçi" ilə bağlı belə ifadə işlətmək olar?!" İş-işdən keçmişdi artıq...
Avropa Liqasında Milan "İnter"i Bakı səfərinə, klubun o vaxtkı idman direktoru Luiş Fiqusuz gəlmişdi. Keçmişin məşhur futbolçusu, "yol uzaqdır" bəhanəsi ilə aradan çıxmişdi. Milanlıların düşərgəsində də klub rəsmisinin addımı yaxşı qarşılanmamış və söhbət əsnasında direktoru bizə "satmışdılar". Biz də etinasızlığı "Neftçi"yə qarşı hörmətsizlik kimi qəbul etmişdik...
Cavab qarşılaşmasını səbirsizliklə gözləyirdik.
İki klub rəhbərliyi arasında keçirilən rəsmi görüşdə, "Fiqu Bakıya gələ bilməzdi" ifadəsi ilə psixoloji hücuma keçdik. Səbəbi soruşulanda, portuqaliyalının öz millisi ilə iki gün ardıcıl "T.Bəhramovda" kabus yaşadığını xatırlatmış və sabah da eyni aqibət - bu dəfə Fiqunun "İnter"lə yaşayacağını vurğulamışdıq. İdman direktorundan: "Xal itirsək, özümü stadionda asaram" cavabı gəlmişdi. Çox keçmədi, 2:2 bitən görüşdə, "İnter" və məşhur idarəçisi yaşıl meydanda "asıldı". Oyundan sonra Fiqunun simasını görməyə dəyərdi, iynə vursaydın, qan çıxmazdı. Klub sahibi Morattinin isə öz komandasına etiraz səsi paltardayişmə otağından bizim düşərgəyə qədər gəlib çatırdı.
Böyük futbol naşılığı, zarafatı qəbul etməz! Bir yanlış, ehtiyatsız, hərtərəfli düşünülməmiş hərəkətlə nəinki məğlubiyyətlər baş verə, klub mexanizmindən tutmuş ümumi futbol sisteminə kimi pozula, stadionlarda, tribunalarda ığtişaşlara, faciələrə yol aça bilər. Cənubi Amerikada futbol oyunlarından sonra ölkələr bir-biri ilə müharibə edib, qan tökülüb, Çempionlar Kuboku finalında, "Eyzel"də baş verən hadisələrdə onlarla fanat dünyasını dəyişib. Futbol nə qədər emosional oyun olsa da, həvəskar düşüncə qəbuledilməzdir!
Futbol klubunda bütün struktur bölmələri bir mərkəzdən və strateji olaraq düzgün idarə edilməlidir. Peşəkar futbol idarəçiliyini bilmədən, buna uyğun hər bir işə həssas yanaşılmadan, heç bir layihə həyata keçirilə, uğur gətirə bilməz! Klubdaxili idarəçilik, işlək mexanizm, məsuliyyət, ardıcıllıq, psixoloji atmosfer təmin olunduqda, transferlər də, klub/komanda quruculuğu da, məşqçi/futbolçu seçimləri də yerində olur, fanat/azarkeşlərlə birlik, vəhdət təşkil edilərək zirvələr fəth edilir. Əks halda, 3-5 dəfə büdcə artırılsa da, faydası olmaz!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.