Fevralın 22-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük həbsə məhkum edilmiş 50 nəfər İsrail həbsxanalarından azad ediləcək.
Bu barədə HƏMAS-a bağlı Məhbusların İşləri İdarəsi məlumat yayıb.
“İsraillə razılaşmanın bir hissəsi olaraq fevralın 22-də ömürlük həbsə məhkum edilmiş 50 nəfər, uzun müddətə azadlıqdan məhrum edilmiş 60 nəfər, 2023-cü il oktyabrın 7-dən sonra yenidən həbs edilən 47 nəfər və Qəzza zolağının 445 sakini azadlığa buraxılacaq”, - ofisin Telegram kanalında yayımlanan bəyanatında deyilir.
Bu gün səhər saatlarında HƏMAS-ın şənbə günü azad ediləcək altı israilli girovun adlarını dərc etdiyi bildirilib.