Tramp-Putin görüşünə hazırlıq sürətləndi
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüşə hazırlıq sürətləndirilmiş templə davam edir.
Bu barədə CNN-in məlumatında bildirilib.
Telekanal bildirib ki, Ağ Evdə yaşanan məlum mübahisə Amerika prezidentinin administrasiyası tərəfindən Ukrayna lideri Zelenskini gözdən salmaq və onu sonrakı danışıqlardan kənarlaşdırmaq üçün planlaşdırıla bilərdi.