Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABŞ 2000-dən çox ermənini deportasiya etməyə hazırlaşır

Ermənistan hakimiyyəti Vaşinqtonun 2000-dən çox ermənini ABŞ-dən deportasiya etmək niyyətindən xəbərdardır.

Bu barədə ABŞ-nin erməni diasporu üzrə ali komissarı Zare Sinanyan mətbuat konfransında bildirib.

“Bu adamları diaspora adlandırmaq düzgün deyil. Onlar ABŞ-də qalmaq hüququ olmayan Ermənistan vətəndaşlarıdır. “Söhbət 2000-dən çox Ermənistan vətəndaşının deportasiya edilməsi niyyətindən gedir”, - Z.Sinanyan qeyd edib.

Onun sözlərinə görə, real rəqəm daha çox ola bilər, “bu, sadəcə, birinci partiyadır” və artıq deportasiya olunanların sayı barədə məlumat yoxdur.