Elman Eldaroğlu:
QOCA PALID...
Həmişə demişəm, 50-60 arası insan qocalığın gəncliyini, 60-70 arası qocalığın cavanlığını, 70-80 arası qocalığın ahıllıq dövrünü, 80 yaşdan sonra isə QOCALIĞIN özünü yaşayır və bu yaşdan sonra insanın yaşadığı hər il qənimətdir...
Nədənsə bu gün ömrünün 87-ci ilini arxada qoyan xalq yazıçısı Anar müəllimi palıd ağacına bənzədirəm- QOCA PALIDA. Əlbəttə ki, ömrünün nə vaxt bitəcəyi bilinməyən, hələ təzə-təzə qol-budaq atan gənc palıd şivləri QOCA PALIDIN dəyərini anlamazlar. Daha doğrusu, onun gənclərdən üstünlüyünün, daha geniş əraziyə kölgə salmaq bacarığına qadir olduğunun fərqinə varmazlar. Çünki bu əzəmətlə barışmaq hər gənc palıda nəsib olmur. Nahaq yerə deyilmir ki, qoca palıd kötüyündə o qədər mənəm-mənəm deyən gənc şivlər doğranıb adi bir oduncağa çevrilib ki...
Ad günündə mən Anara nə arzulayıram? Nəyi yoxdur ki? 87 yaşında kişiyə yalnız ağrı-acısız günlər, sarsılmaz vücud, korşalmayan zəka, dürüst zənd arzulamaq olar. Qalanı Allahın işidir...
Yeni yaşın mübarək, QOCA PALID!..
* * *
Tapdıq Əlibəyli
Azman ədib-aydınımız Anar müəllimin ömür təqviminin yeni ili qutlu olsun!
Hafiz Rüstəm
Anar sözün müstəqim mənasında qocaman, dədə yazıçıdır.
2002-ci ildə Prezidentin fərmanı, Nazirlər kabinetinin sərəncamı ilə Xalq yazıçısı Süleyman Rəhimovun gecikmiş 100 illiyinə (mənim baş redaktorluğumla) üç kitab ("Dədə Süleyman dünyası" (xatirələr), "S. Rəhimov ədəbi tənqiddə" və "... biblioqrafik məlumat" (5 dildə) nəşr etdik.
"Dədə Süleyman dünyası" kitabının üz qabığının arxa səhifəsində Əbülfəz Naxçıvanlının bəyəndiyimiz İthaf şerinin aşağıdakı son bəndini vermişdik:
İlhama qul oldu, qələmə ağa,
El üçün ürəyi döndü çırağa.
Heç zaman vermədi haqqı nahaqqa,
Haqqın əli idi Dədə Süleyman.
Dədə Süleymantək şöhrətli, məzmunlu, məhsuldar yaradıcılığa malik Dədə Anarı təbrik edirəm!
Misirkhan Talibov
Əlbəttə, qoca palıdın kölgəsindən yararlananlarla yanaşı qozasından istifadə edənlər də var
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.