Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İranla sərhəddə qaçaqmalçıların ölkəyə narkotik vasitələrin daşınması üçün istifadə etdikləri pilotsuz təyyarəni vurublar.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Hadisə martın 29-da Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Keçirilən əməliyyat tədbirləri nəticəsində pilotsuz uçuş aparatı vurulub və 460 qram marixuana götürülüb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.