Fevralın 13-də Chagh Art Platform-un təşkili, Baba Budan’s Coffee&Sweets-in ev sahibliyi etdiyi rəssamların “Serenada” adlı qrup sərgisi sənəti və sevgini birləşdirərək, peşəkar və gənc rəssamların düşüncə və hisslərini sənətsevərlərlə paylaşır.
Sənətin insanın sevgisini ifadə edə bilmək istəyindən yarandığı söylənilir. Məhz buna görə də dünya incəsənətində məhəbbət mövzusu ən çox yayılmış və tələb olunan mövzuya çevrilib. Bir çox böyük romanlar, şeirlər, filmlər və rəsmlər kişi - qadın münasibətlərinə həsr edilmişdir. Rəsmlər də hansısa dolayı yolla bu mürəkkəb hisləri
"Serenada" da bir araya gətirilən əsərlərin hər biri izləyiciləri rəngkar və heykəltaraşların fərqli hisslərinin, sevgi ilə bağlı düşüncələrinin əks olunduğu sənət incilərinin seyrinə dəvət edir.
Burada tamaşaçı Rafail Əliyev, Fikrət İbrahimli, Fərhad Yalquzaq, Leyla Altunay, Ellada İsmayıl, Cavid Məmmədov, Sahib Yaqubov, Elçin Hüseyn, Çinarə Baxşıyeva, Müşfiq Heydərov, İnara Nəzərli, Rəşad Rzayev, Zamik Rzayev, Alina İqnatova, S. Nizam, Nəzrin Həsənova, Bənövşə İmanova kimi sənətkarların sevgini təcəssüm etdirən bir-birindən maraqlı kompozisiyaları ilə qarşılaşır: Rəfail Əliyevin ülvi hisləri simasına yansıyan qadın portreti, Fərhad Yalquzağın ən isti sevgi ocağı olan ailə, Leyla Altunayın sevgi sonsuzlunu işığa bənzədən kompozisiyaları, Ellada İsmayılın qoy hər zaman sevgililərin günü olsun şüarlı əsəri və digər rəngkarlıq əsərləri hər kəsə öz hekayəsini xatırladacaq.
Məhəbbətli ilahiləşdirən Elçin Hüseynin əfsanəvi cütlük obrazları, Zamik Rzayevin eşqin ecazkar rəqsi tanqo oynayan cütlükləri, Çinarə Baxşıyevanın nağılları anımsadan sevgi hekayəsi, Sahib Yaqubovun əfsanəvi sevgi tarixçəsinin qəhrəmanları Leyli-Məcnunu, Müşfiq Heydərovun sevgi hekayəsindən yadigar xatirələri izləyicilərdə maraq doğuracaqdır.
Sərgidə tanınmış sənətşünas Qalib Qasımov çıxış edərək Chagh Art Platformun fəaliyyətindən, sərginin əhəmiyyətindən bəhs etdi. Rəssamların romantik və lirik üsluba yaratdıqları bir-birindən maraqlı əsərlərin bədii estetikasından söhbət açdı.
Sərgi 14-15 fevral 2023-cü il tarixlərində də davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.