Oxucuların arzusu ilə kitabxanaya yeni hekayə təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış yazıçı, publisist Nüşabə Məmmədli kitabxanaya “Şəklimə baxmayın, fotoda pis düşürəm, özüm isə gözələm” adlı hekayə təqdim etdi.
Hekayə olmuş hadisədən götürülmüşdür. Burada iş axtaran gənc, savadlı bir qızdan bəhs edilir. Bütün uğursuzluqlara baxmayaraq yorulmadan iş axtarması, onu xilas edən kiçik “yalanı” müəllif tərəfindən incə bir yumorla təsvir edilir.
NÜŞABƏ MƏMMƏDLİ
Şəklimə baxmayın, fotoda pis düşürəm, özüm isə gözələm
(hekayə – olmuş hadisə)
Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, yüksək balla universitetə qəbul olunan qız həm bakalavr, həm də magistratura təhsilini xaricdə bitirib Vətənə dönür.
Amma təəssüf ki, CV- sini hansı müəssisəyə göndərirsə imtina edirlər. Gənc qız dərin biliyə, yüksək mədəniyyətə, gözəl davranışa malik olsa da, bir nöqsanı var idi – üzdən gözəl deyildi. Qız yorulub-usanmadan, həvəsdən düşmədən hər yerə iş üçün müraciət edirdi.
Bir gün qız diqqət etdi ki, onunla orta məktəbi bitirmiş qızlar təhsilinə baxmayaraq ən gözəl yerlərdə işləyirlər.
Yumoru sevən qız bu dəfə ciddi yox, yumorla bir CV tərtib edir. Bütün göstəricilərini qeyd edəndən sonra, sonda böyük həriflərlə əlavə edir: “CV-də olan şəklimə baxmayın, fotoda pis düşürəm, özüm isə gözələm”.
Bunu yazmaqda qızın məqsədi o idi ki, heç olmasa onu müsahibəyə dəvət etsinlər. Onun nəyə qadir olduğunu sual-cavabda görsünlər. Bəlkə insafa gəlib işə götürərlər. Qızın bu sınağı baş tutur. CV-sini göndərdiyi çox mötəbər bir şirkət onu müsahibəyə dəvət edir.
Qızı görəndə könülsüz də olsa suallarını verirlər.
Qızın əhatəli cavabları müsahibə götürən adamı o qədər valeh edir ki, gülə-gülə deyir: “CV-də yalan yazmazlar. Ancaq yaxşı ki, o yalanı yazmısınız...”
Bir həftədən sonra qızın əmri verildi və onu özünün xəyal etdiyi işlə təmin etdilər. O, işə çıxdığı ilk gün ondan müsahibə götürən adamın yanına gedib gülümsəyərək dedi: “CV-də sonda bir cümlə yalan yazdığım üçün üzr istəyirəm. Amma onu yazmasaydım, məni tanımayacaqdınız. Bu gün də burada işləməyəcəkdim”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.