Qarabağa həsr olunmuş “Bənövşə” mənsur şeiri kitabxanaya təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı, publisist, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Nüşabə Məmmədli kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə Qarabağ yanğısı ilə dolu mənsur şeir təqdim etdi.
Neçə-neçə şeirin, nağılın, əfsanənin mövzusu olan, şairlərin, yazıçıların sevə-sevə vəsf etdiyi sevgi rəmzi, gözəlliyi və ətri ilə insanları valeh edən bənövşə bu dəfə tanınmış yazıçı Nüşabə Məmmədlinin qəlbini riqqətə gətirdi, duyğularını alovlandırdı. Kitabxanya təqdim etdiyi “Bənövşə” mənsur şeirinin mövzusu olmuş bir hadisədən götürülüb. Müəllif şahidi olduğu bir hadisəni qələmə alaraq könlünü ağrıdan, dünyasını viran qoyan düşmən saçına taxılaraq yad məkanda, qərib eldə, yad əllərdə param-parça olan bu sevimli gülə xitabən içindəki hıçqırıqları, hayqırtını bölüşüb. Mənsur şeir böyük Qələbəmizin təntənəsi ilə bitir.
Mənsur şeir aşağıdakı keçiddə təqdim olunur:
https://drive.google.com/file/d/1Ub2qse87PpZCow75HfLzhh6FXq4Z4QqQ/view?usp=drivesdk
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.