Şair Gülarə Munis “İkinci Divan” kitabını kitabxanaya hədiyyə etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə Mərkəzi Kitabxananın Fəxri oxucu, yazıçı-publisist, şair Gülarə Munis Azərbaycan türkcəsində yazdığı “İkinci Divan” kitabını hədiyyə etdi.
Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda ilk “Divan” kitabı yazan qadın şairin “İkinci Divan” kitabı işıq üzü gördü. Şərqdə qadınlar arasında ilk “Divan” Təbrizdə yaşamış Heyran xanım tərəfindən yazılmışdır, amma o kitab fars dilində idi. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü Gülarə Munisin ilk “Divan” kitabı 2007-ci ildə nəşr olunub. Bu günlərdə müəllifin “İkinci Divan” kitabı işıq üzü gördü. G. Munis ehtiram əlaməti olaraq kitabın əvvəlində XIX əsrdə yaşayıb yaratmış Heyran xanımın adını xüsusi olaraq qeyd edir. Müəllif daha sonra yazır ki, nə vaxt üçüncü “Divan” yazsam, yenə Heyran xanımın adı mənim adımdan əvvəl qeyd olunacaq.
Gülarə Munis klassik ədəbiyyatda Divan bağlayan müəlliflərin ənənəsini qoruyaraq kitabı Dibaçə ilə (yəni Allaha müraciətlə) başlayıb, Xatimə ilə (yəni Allaha təşəkkür etməklə) tamamlayıb. Birinci “Divan” kitabında iyirmi altı ədəbi janrda nümunələr toplanmışdır. “İkinci Divan” isə daha mükəmməldir. Burada müəllif otuza yaxın ədəbi janrda olan əsərlərini bir yerə cəm edib. Kitabda minacatlar, nətlər, qəzəllər, qəsidələr, klassik şairlərin əsərlərinə yazılmış təxmislər, nəzirələr, bahariyyələr, xəzaniyyələr, bayatılar, laylalar, şəhidlər üçün yazılan ağılar, təkbeytlər, dübeytlər, surudlar, məsnəvilər, qitələr və başqa janrda olan əsərlər yer alıb. Kitabda Qurani-Kərimin surələrindən ayələr də qeyd olunub.
Türkiyə Milli Egitim Bakanlığında İqtisadçı vəzifəsində çalışan ədəbiyyatşünas-alim Kamil Asker füzulişünas Mustafa Kıstırakla birlikdə müəllifin dörd qəzəlini türk dilinə çerirmiş və beytlərin geniş şərhini yazmışdır ki, onlar da kitaba daxil edilib.
“İkinci Divan” kitabını Yasamal rayon MKS-nin kitabxanalarında mütaliə etmək olar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.