“Yaradıcı oxucularımız” layihəsinə yeni nağıl təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni nağıl təqdim etdi.
Nağılda yazıçı bağbanın dili ilə təbiətin gözəlliyini tərənnüm edir. Əsərdə bir daha təsdiq olunur ki, ən böyük rəssam Ulu Yaradandır.
Rənglərin nağılı
Biri var idi, biri yox idi. Gözəl bir kənd var idi. Bu kənddə Həbib adlı bir baba yaşayırdı. Həbib babanın Nadir adlı nəvəsi isə şəhərdə yaşayırdı. Hər il yay tətilində Nadir babasıgilə qonaq gəlirdi. Günlərin bir günü Nadir babasına dedi:
Ay baba, gəl gedək kənddə olan parkları, bağları mənə göstər.
Həbib baba cavab verdi:
– Bala, bura kənddir, burada park yoxdur. Burada gözəl çəmənliklər var, uca dağlar var, buz kimi bulaqlar var. Gedək onları sənə göstərim.
Həbib baba və nəvəsi kəndi gəzməyə gedirlər. Onlar gözəl bir çəmənliyə rast gəlirlər. Baba deyir:
– Bax, elə bil yerə yaşıl xalı səriblər. Kəndin də öz gözəlliyi var.
Nadir sual verməyi çox sevirdi, o, babasından sorusur:
Ay baba, niyə otlar yaşıl rəngdədir?
Baba dedi:
Yaşıl rəng həyat rəmzidir, bu rəng təbiətə yaraşıq verir, ətrafda gözəllik yaradır.
Baba sözünü tamamlayan kimi Nadir ikinci sualı verdi:
Ay baba, bəs çəmənlikdə olan o lalələr niyə qırmızıdır?
Baba cavab belə verdi:
Ona görə ki, lalələr çox zərif çiçəkdir, çəmənlikdə gəzən insanlar onların qırmızı ləçəklərini uzaqdan görsün və onları əzməsinlər.
Həbib baba sözünü bitirməmiş Nadir növbəti sualını verdi:
Babacan, bəs səma niyə mavi rəngdədir?
Baba cavab verdi:
Bilirsən, bala, alimlər deyir ki, bütün yer kürəsi yəni planet mavi rəngdədir. Biz yer kürəsini bütünlüklə görə bilmirik. Biz təkcə səmanı görürük.
Onlar gəzə-gəzə dağın ətəyinə çatmışdılar. Nadir babasına dedi:
Baba can, bəs bu çəmənlikdəki otların, lalələrin, səmanın rəngləri üçü bir yerdə nə olur?
Həbib baba bir az fikirləşib dedi:
Bu çox çətin sual oldu, gedək evə, orada fikirləşib cavabını deyərəm.
Nadir bərkdən gülüb deyir:
Babacan, bilmədin. Onlar birlikdə Azərbaycanın bayrağı olur! Axı bu rənglər bayrağımızı tanıdır.
Nağılımız sona çatdı. Birdən göy gürüldadı, şimşək çaxdı güclü yağış yağdı. Çəmənlikdə olan otlar, güllər, çiçəklər doyunca su içdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.