"Tərəkəmə yurdu" folklor turizmi məkanına ilk tur
Oktyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tarix-Coğrafiya müəllimliyi və Tarix müəllimliyi ixtisasları üzrə birinci kursunun 50 nəfər tələbəsi Humanitar və xüsusi fənlər kafedrasının müdiri Dos.Dr. Mail Alıcanov və baş müəllim Babək Abdullayevin rəhbərliyi ilə Ağsu rayonu Gəgəli kəndində yeni qurulan "Tərəkəmə yurdu" folklor turizmi məkanını ziyarət ediblər. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyələşdirdiyi “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi" layihəsinin rəhbəri, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirakçılara bildirib ki, tarixçi tələbələrin bu məkana səfərləri Tərəkəmə yurduna ilk folklor turudur. “Tərəkəmə yurdu” folklor turizmi məkanının ideyası, layihənin məqsədi, festival meydanı, səhnə, çadırlar, qazma ev, ənənəvi üslubda heyvan nümayiş mərkəzi, tərəkəmə folklor nümunələri haqqında danışan Fariz Xəlilli layihənin davam etdiyini, tanıtım üçün müxtəlif müsabiqə, olimpiada, marafon, aksiya, sərgi, infotur keçirəcəklərini vurğulayıb. O, 2024-cü ilin mart ayında axır çərşənbə günü keçiriləcək Beşinci Beynəlxalq "Tərəkəmə çərşənbəsi" folklor festivalına hazırlaşdıqlarını, bu məqsədlə folklor turizmi məkanı layihəsini inkişaf etdirdiklərini qeyd edib. Fariz Xəlilli Gəgəli kəndi ərazisində yerləşən antik dövr və ilk orta əsrlərə aid olan Nərgizava nekropolu, oradan aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında geniş məlumat verib. O, kənd ərazisində yerləşən Türküstanlı Xoca Əhməd Yəsəvinin xəlifələrindən Uzun Atanın məqamı, Hülakü hökmdarı Sultan Mahmud Qazan xanın inşa etdirdiyi Qazan arxı, xəlvətilik sufi məktəbinin qurucusu Pir Ömərin təşəbbüsü ilə çəkilən Ömər Lahıci arxı haqqında da danışıb. Fariz Xəlilli Göytürk və Monqol xaqanlıqlarından günümüzə gəlib çatan mənəvi-mədəniyyət nümunələrini - iki od arasından insan və heyvanların keçirilməsini tarixi mənbələr və yerli ayinlər əsasında tələbələrə tanıdıb. O, bildirib ki, tarixi İpək yolunun məhəlli qolunun Şamaxı və Ağsu arasındakı hissəsi karvan, dəvə, dib yolu adı ilə məhz bu kənddən keçib.
Folklor turu iştirakçıları “Tərəkəmə yurdu” folklor turizmi məkanı ilə yanaşı, Gəgəli kəndinin Şəhidlər xiyabanını ziyarət ediblər. Kəndin 13 şəhidi haqqında məlumat verən Fariz Xəlilli onlar haqqında iki dildə yeni kitab hazırladıqlarını bildirib. Folklor turu iştirakçılarına Nərgizava abidəsi haqqında kitablar hədiyyə olunub.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyələşdirdiyi “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi" layihəsi davam edir. Yaxın günlərdə məkanın turizm şirkətləri, media nümayəndələri və maraq qruplarına tanıdılması üçün sislsilə infoturlar təşkil olunacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.