Şahbaz Xuduoğlu:
Növbəti "Təkərli kitab dükanı" Xırdalanda oldu
Bir neçə yerə baxandan sonra köhnə Universamın qarşısında parkın yanında dayandıq.
Polis dərhal yaxınlaşdı. Bələdiyyə ilə danışdığımı dedim, komandirinə zəng etdi, onunla da danışdım. Mane olmadılar, işimizə davam etdik.
İlk müştəri əmimin kötükcəsi oldu, ilk baxışdan tanış gəlmişdi.
Parkdan iki nəfər müşahidə edir, nəsə danışırdılar. Sonra yaxınlaşıb tanışlıq verdi, ilahi, orta məktəbdə bərabər oxumuşuq. Xatırlaya bilmədim, amma onu görmək xoş oldu.
Gələnlər arasında uşaqlı ailələr və müəllimlər çox idilər. Bizi instaqramdan izləyirlər. Bəziləri əllərində hazır kitab siyahısı ilə gəlmişdi. Gənclər və yuxarı sinif şagirdləri çoxdur, Nərgiz 11-ci sinifdə oxuyur, dərs kitablarından başqa kitablar oxumağa vaxtı çatmır amma yenə də çalışır. Universitetdə girəndən sonra bütün bunları oxuyacam deyir. Ayrılanda biz hələ çox görüşəcəyik deyir.
Ailələr daha çox uşaq nağılları ilə maraqlanırlar. Təhsillə bağlı, uşaqlarla ünsiyyət, tərbiyəvi kitabları da soruşdular. Bir necə nəfər rus və ingilis dilində də kitab istədilər. Osmanlı tarixi, Səfəvilərdən yazılan amma qalın olmayan kitablara da maraq göstərdilər.
Bədənlə bağlı kitab istədilər, mənə çox maraqlı gəldi, həm də şəkilli olsun dedi.
"Kitablar çox bahadır!" Ən çox eşitdiyin söz oldu bu gün.
Gənc xanım qəzəbliydi. "Xırdalanda hər yanda dönər, pizza, yeməkxana, maşınlar, maşınların qualqbatıran səsləri... niyə bir sakit kitab güşəsi yoxdur. Niyə bu böyük şəhərdə bir kitab dükanı yoxdur? Mən kitablara baxanda sakitləşirəm".
Bu qədər boş binalar var, onların birində kitabxana, qiraətxalana, yanında çay, kofe içməyə yer etmək olar axı! Parkın içində nəhəng gənclər mərkəzi görəsən nə zaman gənclərin faydalana biləcək mərkəzə çevriləcək?
Alıcılardan fikirlər:
"Sizə nəşriyyata gəlirdim, yaxşı ki, bura gəldiniz".
"Heç inana bilməzdim bura gələsiz".
"Tez gedim, uşaqlara xəbər edim, onlar da gəlsinlər".
"Müəllim dostum kitab oxuyandır, o da gələcək".
"Özünü inkişaf kitabları oxuyanda dəngəm pozulur. Yaşamışam, işləmişəm, həyatıma bir düzən var. Belə kitabları oxuyanda istəyirəm hər şeyi söküm təzədən qurum. O da mümkün deyil. Olduğu kimi qalsın həyatım, belə daha yaxşıdır.
Kənarda söhbət edənləri təkərli dükana dəvət edirəm. Kitab oxuyan deyilik deyirlər. Gənclərdən biri hündürdən "oxuma", "oxuma", deyir. Ona gəl video çəkiliş edək sən mövqeyini müdafiə et. Razılaşır, çəkiliş zamanı xahiş edir ki, kameranı söndürək.
Məktəbli qız "Harri Potter" həcmdə kitabı bir həftəyə bitirir. Daha tez oxuya bilərəm deyir.
Bir ailə şəkil kimi yadımda qaldı. Onlar 4 nəfər idilər, dükana girdilər, hər kəs müstəqil kitab axtarmağa başladı. Deyəsən, qadın müəllimə idi, tarixlə maraqlanırdı. Uşaqlar da özlərinə uyğun kitab seçdilər.
Başqa bir müştəri bir neçə dəfə yanımıza gəldi, dedi səni tanıyıram deyəsən müğənnisən. Kitab oxumağı sevir, pedoqoji universiteti bitirsə də heç zaman işləməyib.
Yoldaşı qoymayıb. Dedim hələ də gec deyil, işlə.
Kitablardan danışan tələbə qızın diksiyası mükəmməl idi. Dedi 4-cü kursda oxuyuram, həm də şagird hazırlaşdırıram. Dedim gələcəyini danışığın üzərində qur, onda hər şey yaxşı olacaq.
Bir vəkil "Havel"i aldı və Popperin "Açıq cəmiyyətin düşmənləri" kitabını vərəqlədi.
Bir cavan oğlan şalvar tikiş fabrikində işləyirdi, "Gülən adamı" və üstəlik əlavə beş altı kitab aldı. Kitab oxumaq təcrübəsini paylaşdı, Səfirlər filminə baxdım, sonra kitabını oxudum, gördüm kitab qat-qat maraqlıdır. Kitabı oxuyanda sanki Paris küçələrini dolanıram. O vaxtdan kitabara keçdim. Ayrılanda "qızıma da kitab almaq istəyirəm". Ona da "Malala"nı götürdü.
Günorta növbəylə yaxın kafedə pizza yedik. Hesab 62 manat elədi.
Günün sonuna yaxın Cəlil də gəldi. Onunla kitablar haqqında söhbət etdik. Sona qədər yanımızda qalıb bizə kömək elədi.
Biz kitabları yığıb ordan ayrılmağımızı video çəkdi.
Axşam soyuq oldu, Dəmrəl soyuqda əsirdi, "uşaqlar xəstələnəcək, tez çıxaq. Gələn dəfə isti paltar götürək". Çiçəyin də sifəti soyuqdan göyərmişdi. Tağı kitabların yerini çox yaxşı bilir.
Belə, komandamız yaxşı işlədi. Təşəkkürlər!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.