Özbəkistanın Urgənc şəhərində yaradılacaq Azərbaycan – Özbəkistan dostluq mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə ediləcəkdir
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Urgənc Dövlət Universitetində yaradılacaq “Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi”nə Azərbaycan tarixi, ədəbiyyatına dair zəngin kitab kolleksiyası hədiyyə edililəcəkdir.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi xalqlarımız, dövlətlərimiz arasında dostluq və əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə Özbəkistanın bir sıra aparıcı Universitetlərində (Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda, Səmərqənd, Nukus, Termiz Dövlət Universitetlərində habelə “Turon” Kitabxana-İnformasiya Mərkəzində və Özbəkistan Dövlət Konservatoriyasında) Azərbaycan ocaqları və mərkəzləri təşkil etmişdir.
Hədiyyə ediləcək nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var. Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, keçmiş Qarabağ münaqişəsinə dair çap məhsulları da var.
Sözügedən kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsilə çap olunan nəşrlərindən özbək dilində böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, “Vətən üçün can fəda edən qəhrəmanlar”, “Kitabi-Dədə Qorqud” dastanı, “Hophopnamə”, “Seyid Əzim Şirvani qəzəllləri”, kimi nəşrlər, monoqrafiyalar eləcə də “Günəşə çatar başım – Xurşidbanu Natəvan” “Mən həqiqətin səsiyəm – Əhməd Cavad”, “Əlişir Nəvainin hikmətləri”, “Azərbaycan və özbək atalar sözləri” kimi ikidilli nəşrlər, “Heydər Əliyev – 100 kəlam” adlı üçdilli nəşr, “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli ensiklopedik nəşrlər, habelə, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair kitablar da yer alıb.
Bundan əlavə, yaradılacaq mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaqdır
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.