Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub
Özbəkistanın Urgənc Dövlət Universitetində Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Xarəzm Vilayətinin Urgənc şəhərində Urgənc Dövlət Universitetində Azərbaycanın tanınmış ədəbi və ictimai xadimi Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub.
Qonaqlar ilk öncə Urgənc Dövlət Universiteti ilə tanış olublar. Özbəkistanın Xarəzm vilayətinin qocaman ali təhsil ocaqlarından olan Urgənc Dövlət Universiteti 1925-ci ildə yaradılıb və hal-hazırda universitetin 9 fakültəsində 93 ixtisas üzrə 20 mindən çox tələbə təhsil alır.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Urgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin rəsmi açılış lenti kəsildikdən sonra yaradılan Mərkəzlə tanışlıq olub.
Urgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid kitablar, nəşrlər, disklər, dərs vəsaitləri, milli suvenirlər, guşələr, ölkə başçılarının görüşlərinə dair portretlər, xəritələr, Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin portretləri, dövlət atributları yerləşdirilib, habelə, lazımi avadanlıq, kitab şkafları və ofis mebeli ilə təchiz edilib.
Sözügedən Mərkəzə Azərbaycan Mədəniyyət Mərkəzinin də nəşrləri daxil olmaqla Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyətinə aid çap məhsullarından ibarət zəngin kitab kolleksiyası hədiyyə edilib.
Yeni yaradılmış Mərkəzdə Azərbaycana dair mini kitabxana, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, iki ölkə dostluğuna dair tədbirlər, mühazirə və seminarların keçirilməsi nəzərdə tutulub.
İlk öncə çıxış edən Urgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayev qardaş Azərbaycanla münasibətlərin inkişafından məmnun olduğunu, belə bir mərkəzin yaradılmasının universitet üçün mühüm hadisə kimi qiymətləndirib. Rektor Özbək gənclərinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatının öyrənilməsi, hər iki ölkə arasında mədəni, ədəbi əlaqələrin daha da möhkəmləndirilməsində sözügedən mərkəzin mühüm rol oynayacağına əminliyini ifadə edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan mədəni əlaqələrindən söz açaraq bu sahədə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Samir Abbasov Özbəkistanın aparıcı universitetlərində, kitabxanalarında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən artıq ona yaxın belə mərkəzin yaradıldığını qeyd edib.
Diplomat bu cür Mərkəzlərin Özbək gənclərinə mədəniyyətimiz və tariximizi öyrənmək imkanı verməklə yanaşı, gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə onlar üçün onlayn şəkildə Azərbaycan dili kurslarının da təşkil ediləcəyini qeyd edib. O, Azərbaycanın tanınmış yazıçısı Yusif Vəzir Çəmənzəminli haqqında məlumat verərək məhz vaxtilə onun pedaqoji fəaliyyət göstərdiyi bu universitetdə ədibin adını daşıyacaq belə bir mərkəzin açılmasını mədəniyyətimiz və ədəbiyyatımız üçün əhəmiyyətli hadisə kimi qeyd edib.
Daha sonra çıxış edən Özbəkistanın Xarəzm Vilayətinin rəhbərinin müavini Batır Saidov, Özbək yazıçı, tərcüməçi, publisist Babaxan Şərif belə bir mərkəzin yaradılmasının iki qardaş xalq arasında dostluq, mədəni əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı eyni zamanda təhsil əlaqələrinin qurulmasına rəvac verəcəyini qeyd edərək, Azərbaycan dövlətinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, görkəmli yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminli 1938-40-cı illərdə Urgənc Dövlət Universitetində (o zamanlar Urgənc Pedaqoji Institutu) müəllim kimi fəaliyyət göstərib.
Sonda Urgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayevə Azərbaycanın zəngin mədəniyyətini, xalqımızın istedadını nümayiş etdirən xalçaçılıq sənətinə dair İrəvan xalçaları nəfis kitabı hədiyyə edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.