Bakıdakı Rus evində Azərbaycan Rəssamlar İttifaqının üzvü
İlqar Əkbərovun
fərdi sərgisi açıldı
Özünə məxsus rəng çalarları və üslubu ilə fərqlənən,hər zaman həmkarlarına, şagirdlərinə qayğı və diqqətlə yanaşan əzizimiz İlqar Əkbərov! Mənə elə gəlir ki,bu gün nümayiş olunan sərgidə sizin əsərlərinizin gözəlliyi ilə yanaşı daxili dünyanızın gözəlliyini bir daha hər kəs duymağı bacardı.Öz sərginizdə balaca fidanların əsərlərinə yer ayırmanız isə daha da diqqətimizi cəlb etdi.Sizə, gələcək yaradıcılıq nailiyyətləri arzu edirəm!
Günel Eynullayeva
Fotolar Rüstəm İsmayılova məxsusdur
*** *** ***
İlqar Seyfulla oğlu Əkbərov
29 may 1960-cı ildə Bakıda anadan olub.
1981-1986-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii Qrafika” fakültəsində təhsil alıb (Diplom HB№002405, 31.07.1986 ).
1983-1998-ci illər “Şəfəq” Bədii istehsalat Emalatxanasında icracı rəssam, Azərbaycan Xalçası və Xalq tətbiqi sənəti Dövlət muzeyində Sərgi söbəsinin müdiri, Azərbaycan Dövlət Rəsmlər Qalereyasında Elmi işlər üzrə direktor müavini ,Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Baş idarəsində aparıcı inspektor vəzifələrində çalışmışdır.
1997-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvüdür (Bilet № 509).
2000-2002-ci illər C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Baş rəssam vəzifəsində çalışmışdır. H.Orucovun “Məhəbbət yaşayır hələ”, H.Orucovun “Durnalar qayıdanda”, A.Rəhimovun “Əsgər anası”, S.Rəhmanın “Yalan”, K.Abdullanın “Elə bir qorxa-qorxa”, R.Abdullayevin “Olacağa çarə yoxdur”, Anarın “Şəhərin yay yuxuları”, “Əhli Beyt” teatrında Ş.Nəzərlinin “Möcüzə”, Akademin Dram teatrında “Medea” və s. tamaşalarına, Əziz Əliyevin, Polad Bülbüloğlunun, Osman Sarıvəllinin, Əhməd Cavadın, Üzeyir Hacıbəyevin, Müslüm Maqomayevin, Yusif Məmmədəliyevin, İbrahim Topçubaşovun yubiley və bir çox Dövlət əhəmiyyətli tədbirlərinə bədii quruluş vermişdir.
Hal hazırda Milli Konservatoriya nəzdində Respublika İncəsənət Gimnaziyasının “Təsviri və tətbiqi Sənət” şöbəsində pedaqoji fəaliyyətlə məşğul olur.
1982-ci ildən etibarən bir çox ölkədaxili, beynəlxalq miqyaslı sərgi-müsabiqə və festivalların iştirakçısıdır.
Əsərləri Naxçıvan, Mersin, Adana, Ankara, Şarkoy, Moskva, Pekin, Paris, Kərkük, Brüssel, İstanbul, Daşkənd, Aşxabad, İzmir və digər şəhərlərin muzey və şəxsi kolleksionerləri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq muzey və qalereyalarında nümayiş etdirilir.
1990-cı ildə 20 yanvar hadisələrinə həsr etdiyi ilk “Şəhidlər” əsəri Milli İncəsənət müzeyinin fondlarında qorunur və mütamadi sərgilənir. 1993-cı ildə Xocalı hadisələrinə həsr olunmuş “Haray”əsəri Azərbaycan Dövləti adından Çexiya Dövlətinə hədiyyə edilmişdir. Əsər Praqa Gözəl Sənətlər müzeyində nümayiş etdirilir.
Sərgilər:
1982-ci il Fərdi Sərgi Bakı şəhəri.
1983-cü il Gənc Rəssamların Ümumittifaq sərgisi Odessa şəhəri.
1984-1997-ci il “Payız” və “Bahar” sərgilərinin iştirakcısı Bakı şəhəri.
1986-cı il Pedaqoq Rəssamların sərgisi Bakı şəhəri
1987-ci il SSRİ-nin 70 illiyinə həsr olunmuş sərgi Bakı şəhəri.
1987-ci il SSRİ-nin 70 illiyinə həsr olunmuş sərgi Moskva şəhəri
1987-ci il Gənc rəssamların sərgisi Bakı şəhəri.
1990-cı il 20 Yanvar Şəhidlərinə həsr olunmuş şərgi Bakı şəhəri.
1991-ci il “Könlüm keçdi Qarabaqdan” sərgisi Bakı şəhəri.
1992-ci il Fərdi sərgi Daşkənd şəhərinin.
1993-2000-ci il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsərləri alınaraq muzey və qalereyalarda nümayış etdirilir.
1995-2000-ci illər Beynəlxalq Sərgilər Moskva, Pekin, Kərkük, Brüssel, İstanbul, İzmir və s.
2007-ci il Rəssamlar İttifaqının Yubiley Sərgisı Bakı şəhəri .
2008-ci il Respublika İncəsənət Gimnaziyasının Hesabat sərgisi.
2009-cu il Xocalı faciəsinə həsr olunmuş sərgi Praqa şəhəri.
2009-cu il Sərgi-satış Paris şəhəri.
17 may 2010-cu il Türk-Azərbaycan Rəssamların Ortaq Rəngkarlıq Sərqisi. Bakı şəhəri
03 sentyabr 2010-cu il –İlqar Əkbərov və Nəvai Məmmədoğlunun birgə Rəngkarlıq sərgisi. Bakı şəhəri
01 fevral 2011-ci il Azərbaycan Rəssamlarının sərgisi. Ankara şəhəri
26 fevral 2011-ci il “Xocalı” soygirimina həsr olunmuş sərgi-müsabiqə. Bakı şəhəri
03 mart 2011-ci il Fərdi sərgi. Bakı şəhəri
14 mart 2011-ci il “Çıraq İlk İncəsənət Aləminin” təşkil olunması münasibətiylə azərbaycan rəssamlarının sərgisi. Bakı şəhəri
2012-ci ildən Uluslararası Aktiv Sənətçilər Birliyinin ( UASB ) ( İzmir şəhəri ) üzvüdür.
09-24 fevral 2012-ci il “Batıdan –Doğuya Doğudan-Batıya kardeş sergilər” İzmir şəhəri, İzmir Dövlət Rəsm və Heykəl Muzeyi
Avqust 2014-cü il Mədəniyyət və İncəsənət Festivalı ( ARTOROS ) İbradi şəhəri
2015-ci ildən Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin ( USSD ) (Mersin şəhəri ) üzvü və Azərbaycan təmsilçisidir.
25 may 2015-ci il – İlqar Əkbərovun 55-illiyinə həsr olunmuş fərdi sərgisi. Bakı şəhəri
15-23 iyun 2015-ci il - “Uluslararası 1.Rəssamlar Festivalı”. Mersin şəhəri
21-25 Avqust 2015-ci il Mədəniyyət və İncəsənət Festivalı ( ARTOROS 2) İbradi şəhəri
05-12 dekabr 2016-cı il - “Uluslararası 2. Rəssamlar Festivalı”. Mersin şəhəri.
21-27 may 2016-cı il “Naxçıvan Bəşəriyyətin Beşiyidir” III Beynəlxalq rəsm festivalı – Naxçıvan şəhəri.
07-13 iyul 2017-ci il - “TURAN”. Bakı şəhəri
05-12 noyabr 2017-ci il - “Uluslararası 3. Rəssamlar Festivalı”. Mersin şəhəri.
Noyabr 2017-ci il –Cənubi Koreyalı sənətşünas H.S.Magic of ART-ın rəhbəri və qurucusu professor Clemens Beungkun Sou tərəfindən alınmış əsəri Koreya Qış Olimpiya oyunları çərçivəsində təşkil edilmiş Beynəlxalq rəsm sərgisində nümayış olunmuşdur.
24 yanvar-01 fevral 2018-ci il II Adana Beynəlxalq Akademik rəssamların rəsm simpozium-festivalı. Adana şəhəri.
May 2018-ci illin Azərbaycan rəssamlarının illik yekun sərgisi. Bakı şəhəri. V.Səmədova adına sərgi salonu.
14-21 may 2018-ci il Şarkoy II Beynəlxalq rəsm festivalı. Şarkoy şəhəri.
21-24 may 2018-ci il “Naxçıvan Bəşəriyyətin Beşiyidir” IV Beynəlxalq rəsm festivalı. Naxçıvan şəhəri.
İştirak etdiyi bir çox beynəlxalq sərgilərdə Azərbaycanı layığinca təmsil etmiş, müxtəlif mükafat və diplomlara layiq ğörülmüşdür (beynəlxalq festivalarda iştirakı kivdə həm yerli və həm də xarici kivdə işiqlandırılmışdır.) Mart 2011-ci il “Avropa Nəşr Mətbu Evinin” təsis etdiyi “Ən yaxşı vətənpərvər-tətqiqatçı rəssam” nominasiya üzrə qızıl medala və diploma layiq görülmüşdür. 2015-ci il Dədə Qorqud Milli Fondunun «Ən yaxşı tədqiqatçı rəssam» nominasiyası üzrə Dədə Qorqud mükafatına layiq görülmüş.
Azərbaycan Mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə 2013, 2016 və 2018-cı illər Prezident təqayüdünə layıq görülmüşdür.
V İ D E O :
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.