Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən 13 il ötür
Bu gün Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən 13 il ötür.
Azərbaycan Milli Xalça Muzeyi xalqımızın milli kimliyinin mükəmməl ifadəçisi olan ümumbəşəri əhəmiyyətli xalçalarımızın qorunub saxlanması ilə yanaşı onun inkişafı və təbliği sahəsində fəaliyyətini, beynəlxalq müstəvidə əlaqələrini günbəgün genişləndirir. Muzey mütəmadi olaraq beynəlxalq konfranslar, simpoziumlar keçirir, xalça sənətinə həsr olunan kitablar, elmi jurnallar nəşr etdirir. Elmi-tədqiqat mərkəzi kimi muzeylərlə, institutlarla və s. qarşılıqlı əəlaqələrə dair sənədlər imzalanır.
Mühüm birgə layihələrin həyata keçirilməsi üçün muzeyimiz növbəti əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə imzalayıb. Sənədə əsasən İnstitutun müasir standartlara cavab verən laboratoriyalarında muzeyimizdə qorunub saxlanılan xalçaların toxunduğu yunun, onların rənginin və s. keyfiyyət göstəricilərinə görə analizi aparılacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.