“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yazıçılar, şairlər öz əsərlərini mütamadi olaraq təqdim edir.
Kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı, publisist, Q.R.Derjavin adına ordenin mükafatçısı, “Yazıçı Qadınlar Cəmiyyəti”nin sədri Nüşabə Məmmədli kitabxanya “Evim Vətən, anam xalqımdır!...” hekayəsini təqdim etdi. İgid Vətən oğulları canı, qanı bahasına torpaqlarımızı erməni işğalçılarından azad etdi. Onlar şəhid oldular, qazi oldular, döyüşçü oldular, əsgər oldular bir yumruqda birləşərək Zəfər imzalı Azərbaycan oldular.
Yazıçı hekayəsində Səbuhi ilə Şahmarın son döyüşünü ürək ağrısı ilə qələmə alır. Onların qəhrəmanlığı, Vətən sevgisi gənclərimizə örnəkdir. Səbuhi bütün xalqın övladı oldu. Onun evi Vətən, anası xalq oldu. Milyonlarla insanlar ona oğul dedi, qardaş dedi. Xalqın oğlu oldu, Vətənin oğlu oldu, torpağa döndü torpaq oldu...
Bü gün bizə Zəfər sevincini yaşadan Səbuhilərə, Şahmarlara minlərlə Vətənə dönən, Vətənləşən Azərbaycan oğullarına minnətdarıq. Yeriniz behişt, məkanınız cənnət olsun!
Hekayə aşağıdakı keçiddə təqdim olunur:
https://drive.google.com/file/d/1V3RKXzjbktIhc04-qFOCsVxN97AunCgY/view
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.