U-19 futzal millimiz Xorvatiya ilə sülh bağlayıb
19 yaşlı (U-19) futzalcilar arasında keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi Avro-2025-in əsas seçmə qrup oyunları davam edir. Turnirin 7-ci qrupunda Xorvatiya, Türkiyə və Bosniya-Herseqovina yığması ilə birlikdə yer alan Azərbaycan millisi dünən ikinci tur çərçivəsində növbəti matçına çıxıb. Qeyd edək ki, ilk turda Bosniya-Herseqovina komandasına darmadağın hesabla (2:10) uduzan millimiz bu dəfə qrup oyunlarına ev sahibliyi edən Xorvatiya komandası ilə qarşılaşıb. Omis şəhərindəki "Rubnjak" idman arenasında baş tutan bu oyun sülh şəraitində başa çatıb - 3:3. Yığmamızın heyətində Nazim Hüseynov (7-ci dəq) və dubl edən Ədalət Ələkbərov (17 və 40) fərqlənib. Göründüyü kimi, millimiz son dəqiqədə məğlubiyyətdən xilas ola bilib. Turun digər matçında isə Türkiyə komandası Bosniya-Herseqovina yığmasını minimal hesabla üstələyib - 4:3.
Turnirə martın 29-da üçüncü turla yekun vurulacaq. Son turda millimiz Türkiyə ilə üzləşəcək.
Reqlamentə görə, qrupda birinci yeri tutan komanda Avro-2025-in final mərhələsinə vəsiqə qazanacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)