"Melissa Group" tikinti şirkəti
QULDURLARI İŞ BAŞINDA:
“Çalovu o üz-bu üzə fırlayanda səhvən evə dəyib”
Yasamal rayonunda rəsmi icazəsi olmadan vətəndaşın evini sökən “Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi hadisə ilə bağlı açıqlama verib.
MTK-nın nümayəndəsi Arzuman Murtuzayev “Xəzər TV”yə söküntü aparılması tapşırığının şirkət tərəfindən verilmədiyini bildirib.
Onun sözlərinə görə, işçilər səhvən evi söküblər:
“Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat baha- 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir”.
Qeyd edək ki, “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov Yasamal rayonunda aparılan söküntü işi ilə əlaqədar cinayət işi çərçivəsində martın 27-si axşam saatlarında saxlanılıb.
Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.
Daha ətraflı videomaterialda:
.jpeg)
.jpeg)