Lider autsayderlə qarşılaşacaqlar
Bu gün kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 17-ci turun oyunları keçiriləcək. Maraqlıdır ki, tur çərçivəsində keçilməsi nəzərdə tutulan hər üç oyun eyni vaxtda başlayacaq (16:00).
38 xalla yarış cədvəlində birinci olan "Azərreyl" Sumqayıtdaki OİK-də yerli və çempionatın autsayderi olan "Gənclər"in qonağı olacaq. Eyni xalla cədvəldə ikinci yeri tutan "Murov Az Terminal" klubu isə Bakı Voleybol Mərkəzində "Neftçi" ilə qarşılaşacaq. Turun daha bir oyunu isə FİN-nin Hövsan qəsəbəsində yerləşən Sağlamlıq İdman Mərkəzində "Xilasedici" ilə MOİK arasında olacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)