Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qurbanovla Kurbanın dördüncü dueli 

Bu gün futbol üzrə Misli Azərbaycan çempionatında sayca 28-ci olan növbəti turun oyunları keçiriləcək. Turun diqqətçəkən mərkəzi oyunu Tovuzda yerli "Turan-Tovuz"la (TT) ölkə çempionu adını daşıyan "Qarabağ" arasında olacaq. Bu oyunu hətta iki tanınmış məşqçi - Qurban Qurbanovla ("Qarabağ") rusiyalı mütəxəssis Kurban Berdiyevin ("TT") qarşılaşması kimi də dəyərləndirmək olar. Bu oyun cari mövsümdə cütlüyün sayca dördüncü dueli olacaq. Xatırladaq ki, geridə qalan üç duelin ikisində "TT" qalib gəlib, birində isə heç-heçə qeydə alınıb. Beləliklə, "Qarabağ" cari mövsümdə üzləşdiyi üç məqlubiyyətdən ikisini "TT"dən alıb. Maraqlıdır, görəsən, Qurban Qurbanovun yetirmələri bu gün Kurban Berdiyev sindromunu keçə biləcəklərmi?

Qeyd edək ki, "Qarabağ" hazırda 27 oyundan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir. "TT" isə 47 xalla cədvəldə dördüncü yerdədir.

Yeri gəlmişkən, saat 19:30-da Tovuz şəhər stadionunda başlanacaq oyunu hakim Cavid Cəlilov idarə edəcək.

İNTİQAM Məmmədov