Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyədə hotel yanğını ilə bağlı həbslərin sayı artır

Türkiyənin Bursa vilayətində Uludağ dağ-xizək kurortunda yerləşən “Karvansaray” hotelində baş verən və iki nəfərin – Türkiyə milli dağ xizək komandasının üzvü Berkin Usta və onun atası, keçmiş ölkə çempionu Yəhya Ustanın həyatına son qoyan yanğınla bağlı həbs olunanların sayı artır.

Vəziyyəti ağır olan Fikriyyə Ustanın xəstəxanada müalicəsi davam edir.

Məlumata görə, otel direktoru ilə yanaşı, oteli idarə edən şirkətin meneceri və xizək kurortunun 3 əməkdaşı da saxlanılıb. Saxlanılanların ümumi sayı 5 nəfərə çatıb, onların dindirilməsi davam edir.