Liderlər qələbə seriyasını davam etdirirlər
Bu gün kişi voleybolçulardan ibarət klubların çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında sayca 17-ci turun oyunları keçirilib. Qeyd edək ki, liderlərlə autsayderin qarşılaşması ilə diqqət çəkən hesabat turu liderlərin qələbə seriyası ilə başa çatıb.
Oyunların nəticələri belə olub:
"Xilasedici" - MOİK - 3:0;
"Neftçi" -"Murov Az Terminal" - 1:3;
"Gənclər" - "Azərreyl" - 0:3.
Komandaların turnir vəziyyəti belədir:
Azərreyl, Murov Az Terminal - hərəyə 41 xal, Xilasedici - 39, Neftçi - 23, MOİK - 8, Gənclər - 1 xal.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)