Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.

Bunu bu ölkənin Dövlət İnzibati Şurasının sədri, baş nazir və yüksək rütbəli general Min Aunq Hlaynq bildirib.

"Naypyitaw bələdiyyə ərazisində 432 nəfər yaralanıb. Saqainq və Kyauksedə 300 nəfərin hələ də itkin düşdüyünü, ümumilikdə 732 nəfərin yaralandığını bilirik. Ölüm hallarının və yaralıların sayının artması gözlənilir", - baş nazir bildirib.

Min Aung Hlaing əlavə edib ki, zəlzələ nəticəsində bəzi binalar dağılıb. Şura sədri qeyd edib ki, bununla bağlı Myanma hakimiyyəti hələ də xilasetmə əməliyyatlarını davam etdirir.

Martın 28-də Myanmada hər birinin maqnitudası 7,7 olan bir neçə güclü zəlzələ baş verib. Zəlzələlər Tailand, Çin və Vyetnamda hiss olunub.

Myanmada bir sıra binalara ziyan dəyib, çoxlu sayda insan xəstəxanaya yerləşdirilib. Yeraltı təkanlar İravadi çayı üzərindəki körpünün dağılmasına və tarixi Mandalay Sarayının qismən dağılmasına səbəb olub. Hakimiyyət fövqəladə vəziyyət elan edib.