Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybolçular arasında Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib

Bu gün qadın voleybolçular arasında Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

İlkin olaraq iki oyun keçirilib.

“Abşeron” Milli Aviasiya Akademiyasını, “Azərreyl” isə UNEC-i 3:0 hesabı ilə məğlub edib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Qeyd edək ki, tura aprelin 5-də “Gəncə” – “Murov Az Terminal” matçı ilə yekun vurulacaq.