Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Fələstinli fəal McDonald's-a bayraq rəngində boyanmış onlarla siçanı buraxdı

Fələstinli bir fəal Fələstin bayrağının rənglərinə boyanmış onlarla siçanı McDonald's-a buraxıb. 

Bu barədə yazan "Daily Mail" həmin şəxsin "Fələstinə azadlıq" deyə qışqırdığını qeyd edib. 

Bu, İngiltərənin Birminqem şəhərində insanların çox olduğu bir restoranda baş verib. Müştərilər dərhal McDonald's-ı tərk ediblər. 

Bir nəfərlik etiraz aksiyasının səbəbi kimi şirkətin İsraili dəstəkləməsi göstərilib. O, boykot çağırışı edib.

Xatırladaq ki, "McDonald's İsrail" daha əvvəl İsrail ordusuna pulsuz yemək verməyə hazır olduğunu açıqlamışdı. Buna cavab olaraq müsəlman ölkələrindəki filiallar fələstinlilərə dəstək üçün 3 milyon dollar ayıracaqlarına söz veriblər.