ABL-da pley-in ilk oyunları başa çatıb
Kişi basketol klublarının mubarizə apardığı ABL-da pley-in mərhələnin ilk oyunları keçirilib. Aprelin 11-də üç oyun baş tutub. Oyunların nəticələri belə olub:
"Sumqayıt"-"Sərhədçi" - 97:123 (16:32, 30:24, 24:28, 27:39). Matçın ən yaxşı oyunçusu adına 28 xal qazanan Vuk Vukicic ("Sumqayıt") layiq görülüb.
"Ordu"-"Quba" - 91:83 (26:16, 13:16, 17:26, 16:8). Görüşün ən yaxşı oyunçusu 24 xalla fərqlənən Ayzeya Pone "Ordu") olub.
"Abşeron "- NTD - 88:74 (26:15, 26:13, 17:23, 19:23). Aktivinə 19 xal yazdıran və 10 dəfə assist edən Ayinde Xikim ("Abşeron") oyunun ən yaxşı oyunçusu adına layiq görülüb.
Bir gün öncə isə bu mərhələdə"Gəncə" klubu "Lənkəran"ı üstələyib - 96:92.
Cavab oyunları 13-14 aprel günlərində keçiriləcək. İki oyunun nəticəsinə görə cütün qalibi olan klublar pley-offa yüksələcəklər.
İNTİQAM Məmmədov